Arşavin “Arsenal”la vidalaşdı
20 May 2013 16:04 İdmanOlaylar İA xəbər verir ki, rus əsilli futbolçu Andrey Arşavin müqaviləsinin sona çatdığı "Arsenal" klubu ilə sosial şəbəkə vasitəsi ilə vidalaşıb. İngiltərənin "Arsenal" klubunda son mövsümünü ehtiyat skamyasında keçirən Arşavin sosial şəbəkə vasitəsi ilə klubu ilə vidalaşıb. Əvvəllər vurduğu qolarla gündəmə gələn Arşavin son mövsümdə formada olmadığına görə tənqid edilib. "Arsenal" klubu ilə 4 illik müqaviləsi bitdikdən sonra təklif gəlməməsindən sonra Arşavin klubu ilə vidalaşıb. Arşavin vida mesajında "Bütün azarkeşlərə, bütün dostlarıma, rəhbərlik və texniki heyətə təşəkkürümü bildirirəm" sözlərini yazıb.
Arşavin bu mövsümdə 7 oyunda forma geyinə bilib və 81 dəqiqə yaşıl meydanlarda mübarizə aparıb. Çempionlar Liqasında 2 oyunda meydana çıxan futbolçu 51 dəqiqə mübarizə aparıb.
Arşavin gələn təklifləri dəyərləndirəcəyini və daha 2-3 il futbol oynamaq istədiyini bildirib.