Əfsanəvi məşqçi istefa verdi

Ukrayna çempionatının 29-cu turunun "Tavriya"ya qarşı oyunundan sonra Kiyevin "Dinamo" klubunun baş məşqçisi Oleq Bloxin istefa verib. Qol.Az-ın xəbərinə görə, bu haqda "Ukrayna futbolu" nəşri məlumat yayıb. Məlumatda bildirilib ki, matçdan sonra paltardəyişmə otağına gedən məşqçi futbolçulara klub rəhbərliyinə istefa ərizəsi yazdığını açıqlayıb. "Dinamo"nun prezidenti İqor Surkis məsələylə bağlı danışmaq istəməyib. Klub rəhbərliyinin istefanı qəbul edib-etməyəcəyi hələlik bilinmir.
Qeyd edək ki, "Tavriya"ya məğlubiyyətdən (2:3) sonra "Dinamo" növbəti mövsümdə Çempionlar Liqasında oynamaq hüququnu itirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31