Ançelotti PSJ-dən istefa verdi

Fransanın PSJ klubunun baş məşqçisi Karlo Ançelotti gələcəyi ilə bağlı qərarını verib. Siasport xəbər verir ki, təcrübəli mütəxəssis bir illik müqaviləsi olmasına baxmayaraq, rəhbərliyə komandadan ayrılmaq istədiyini deyib.
Klubun idman direktoru Leanardo da baş məşqçinin istefa verməsi xəbərini təsdiqləyib: "Karlo "Real"a getmək istədiyini bizə söylədi. Ancaq biz onun qalmasını istəyirik. Hələlik sadəcə onu dinləmişik, qərarımızı verməmişik. Biraz gözləyəcəyik. Hər hansı bir məşqçi ilə danışıqlara başlamamışıq" - deyə Loanordo bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31