Azərbaycan çempionu hayat yoldaşı ilə birlikdə itkin düşüb
20 May 2013 11:52 İdmanVoleybol üzrə Azərbaycan çempionatının bürünc mükafatçısı İnqrid Visser itkin düşüb. Apasport.az saytının məlumatına görə, "Bakı" klubunun heyətində "Çelenc Cup"ın finalında oynamış Hollandiya millisinin sabiq üzvü mayın 13-dən həyat yoldaşı Lodevijk Severeynlə birgə yoxa çıxıb. Onlar axırıncı dəfə İspaniyanın Mursiya şəhərindəki otellərin birində qalıblar. Lakin həmin vaxtdan cütlük barədə hansısa məlumat yoxdur. Artıq İspaniya və Hollandiya polisi Visserlə Severeyn barədə axtarış elan ediblər.
Qeyd edək ki, 36 yaşlı Visser 2011/2012 mövsümündə "Bakı"ın şərəfini qoruyub və karyerasını bu klubda bitirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31