İran güləşçiləri gözlənilmədən ABŞ-ı tərk ediblər
Son 10 il ərzində ilk dəfə idi İran yığması ABŞ-da keçirilən yarışda iştirak etməyə hazırlaşırdı
19 May 2013 02:59 İdmanBu gün Los Ancelesdə keçiriləcək yarışda iştirak etməyi planlaşdıran güləş üzrə Iran millisi gözlənilmədən ABŞ-ı tərk edib. İranlı güləşçilər hadisə ilə bağlı heç bir açıqlama verməyiblər. Ancaq İranın siyasi təzyiqlərinə məruz qalmamaq üçün yığma komandanın ölkəni tərk etdikləri ehtimal olunur.Xatırladaq ki, son 10 il ərzində ilk dəfə idi İran yığması ABŞ-da keçirilən yarışda iştirak etməyə hazırlaşırdı. Onlar ABŞ yığması ilə bazar günü "Güləş uğrunda dördlük birliyi" adlanan yarışda qarşı-qarşıya gələcəkdi
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31