Blatter: "Dünya çempionatını yaydan qışa keçirmək olar"
17 May 2013 19:21 İdmanMilli.Az Sportliqa.az-a istinadən xəbər verir ki, FİFA prezidenti Yozef Blatter hesab edir ki, 2022-ci ildə Qətərdə baş tutacaq dünya çempionatının yaydan qışa keçirilməsi ilə bağlı fikirlər məntiqlidir.
Bir müddət əvvəl yarışın qışda keçilməsini mümkünsiz sayan Blatter indi fikrini dəyişib.
"Məndə böyük bir şübhə var ki, Qətərə səfər edəcək azarkeşlər həmin istidə haranısa gəzmək istəsinlər. Bu, nəniki çempionata gələn azarkeşlərin sayını azalda, həm də turnirin kommersiya gəlirlərinə təsir edə bilər. Ona görə də çempionatı yaydan qışa keçirmək olar. Hər halda, bu, məntiqli görünür" - deyə, FİFA prezidenti bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31