Levandovski: “Ağlımda tək şey var”
17 May 2013 20:37 İdmanDortmund "Borussiya"sının futbolçusu Robert Levandovski gələcək karyerası ilə bağlı açıqlama verib.
Siasport xəbər verir ki, polşalı hücumçu komandadan gedib-getməyəcəyinin mövsümün sonunda bəlli olacağını deyib: "Çünki hazırda ağlımda tək şey var. O da Çempionlar Liqasının finalıdır. Sadəcə, "Bavariya"nı necə məğlub edəcəyəmi düşünürəm".
Qeyd edək ki, bu mövsüm Bundesliqada 23, Çempionlar Liqasında 10 qol vuran 24 yaşlı futbolçu ilə "Real" və "Bavariya"nın maraqlandığı iddia edilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31