Messi: "“Biz artıq neçə ildir, eyni oyunu sərgiləyirik"
17 May 2013 20:18 İdman"Barselona"nın hücumçusu Lionel Messi cari mövsümdə komandasının çıxını şərh edib. Siasport xəbər verir ki, o qeyd edib ki, hər dəfə bütün turnirlərdə qalib gəlmək olmur.
"Biz artıq neçə ildir, eyni oyunu sərgiləyirik. Ona görə də rəbiqlər və onların məşqçiləri oyunumuzu öyrəniblər. Bu il baş verənlərə ("Bavariya"ya Çempionlar Liqasının yarımfinalındakı məğlubiyyət nəzərdə tutulur - red.) görə ruhdan düşməməliyik" - deyən L.Messi "Barselona"nın nümayiş etdirdiyi oyuna da toxunub: "Barselona"nın oyun tərzini dəyişməməliyik. Çünki bu, həmişə komandamızın vizit kartı olub. Biz soyuqqanlı olmalı və növbəti mövsümü fikirləşməliyik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31