Bekhem: "Həyatda heç nə mənə futbol sevgisini tam olaraq əvəz edə bilməz" VIDEO

"Siz həmişə mənim üçün əlavə enerji mənbəyi olmusuz"

Devid Bekhem öz Facebook səhifəsində rəsmi olaraq karyerasına son qoyduğunu bildirib, minnətdarlığını yazıb. Milli.Az futbol ikonasının vida sözlərini, müsahibəsini və 65 cərimə zərbəsindən gözəl qollarını təqdim edir:
"Mən PSJ-yə minnətdarlıq edirəm ki, mənə oynamaq imkanı verdi. Amma mən hiss edirəm ki, karyerama son qoymağın vaxtı məhz indidir, oyunumun səviyyəsi yüksək olan zamanda.
Əgər siz məni uşaq vaxtı görüb desəydiniz ki, sən sevimli komandan "Mançester Yunayted"də çıxış edəcəksən və onunla mükafatlar qazanacaqsan, yığmanın kapitanı olacaqsan, dünyanın ən yaxşı klublarında çıxış edəcəksən, mən onda sizə böyük fantaziyalı bir adam deyərdim. Mən xoşbəxtəm ki, arzularım reallaşdı.
Mən istəyərdim ki, hamıya təşəkkür edim. Bu gün mən məni bütün karyeram boyu ürəkdən dəstəkləyən valideynlərimə, həyat yoldaşım Viktoriyaya, uşaqlarıma təşəkkür edirəm.
Həm də istərdim partnyorlarıma, məni öyrədən məşqçilərimə təşəkkür edim. Xüsisilə azarkeşlərimə minnətdarlığımı bildirirəm, siz həmişə mənim üçün əlavə enerji mənbəyi olmusuz.
Həyatda heç nə mənə futbol sevgisini tam olaraq əvəz edə bilməz. Bu oyun həqiqətən çox sevirəm. Buna rəğmən, bu gündən mən yeni səyahətə çıxıram və gələcəyə nikbinliklə baxıram".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31