"Qalatasaray" "Londonda "Portu", Napoli" və "Arsenal" ilə qarşılaşacaq
17 May 2013 01:44 İdmanİngiltərənin "Arsenal" klubu "Emirates" kuboku keçirəcək. Yarışmada "Portu", "Napoli" və Türkiyənin çempionu "Qalatasaray" da iştirak edəcək. Milli.Az "Arsenal"ın rəsmi saytına istinadən xəbər verir ki, 3-4 avqust "Qalatasaray" ilk matçını "Portu" ilə oynayacaq. 4 avqust isə turnirin sahibi "Arsenal" ilə oynayacaq.
Qrupda kim çox xal qazansa, o komanda da çempion olacaq. Xallar eyni olsa, final oyunu keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31