"Qızıl oğlan" Mançesterdə

“Malaqa”nın yarımmüdafiəçisi İsko “Mançester Siti” ilə anlaşdı

Milli.Az AS-a istinadən xəbər verir ki, mayın 14-də 21 yaşlı futbolçu agenti Xesus Martinesin iştiraki ilə "Şəhərlilər"lə anlaşıb. Məlumdur ki, İskonun müqaviləsinin dəyəri 35 milyon avrodur. İngiltərə klubunun idman direktoru Çiki Begiristayn qiyməti aşaqı salmaq istəyir, lakin "Malaqa" bu anlaşmadan maksimum xeyir qazanmaq istəyir. Xatırladaq ki, "Mançester Siti" Roberto Mançinini qovaraq "Malaqa"nın baş məşqçisi Manuel Pelleqrinini ala bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31