"Çelsi" Avroliqanın qalibi oldu, tarixə düşdü

"Benfika" ilə "Çelsi" turnirin tarixində 43-cü finalda kimin güclü olduğunu müəyyənləşdirirdi."Çelsi" qələbə qazanacağı təqdirdə, Çempionlar Liqasından (ÇL) sonrakı ildə bu turniri qazanan ilk komanda kimi tarixə düşəcəkdi. Londonlular eyni zamanda UEFA bayrağı altında keçirilən hər 3 yarışı qalibi olan 5-ci komanda olacaqdı. Belə ki, ötən il ÇL-nin qalibi olan "zadəganlar" 1971 və 1998-ci illərdə artıq keçirilməyən Kuboklar Kubokunu əldə edib. İndiyə kimi 4 klub - "Bavariya", "Barselona, "Yuventus" və Ayaks" hər 3 turniri qazanmağı bacarıb.Göründüyü kimi "Çelsi" bunu bacardı. Və tarixə düşdü.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31