Heydər Əliyevin 90 illiyi ilə bağlı təşkil olunan yürüş başa çatıb
15 May 2013 18:55 İdmanBu il Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü ilə əlaqədar 3-11 may tarixlərində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası tərəfindən Böyük Qafqaz dağlarının Başdağ silsiləsinin Qızıl Qaya massivində yerləşən "Heydər zirvəsi"nə təşkil olunan kütləvi yürüş başa çatıb.
Azərbaycan dağ tədbirləri tarixində ilk dəfə 400 nəfərdən çox iştirakçı yürüşüə qatılıb. "Heydər zirvəsi"nə yürüş ənənvi olaraq 3 may tarixində Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının idmançıları tərəfindən Fəxri Xiyabanda Ümummilli Liderin xatirəsini yad etməklə başlanıb. Yürüş buradan Böyük Qafqaz dağ silsiləsinin Qızıl Qaya massivinin ətəklərinə doğru istiqamət götürüb. Kütləvi yürüşlərin yüksək səviyyədə həyata keçirilməsi və yürüş iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə dəniz səviyyəsindən 3000 m hündürlükdə düşərgə qurulub. Azərbaycan dağçılıq tarixində ilk iri həcmli yüksəklik düşərgəsi olan bü düşərgədə tibb məntəqəsi, davamlı elektrik, əlavə ləvazimatları əldə etmə imkanı, geniş sayda insanı yerləşdirə biləcək çadırlar qurulub. "Heydər zirvəsi"nə gedən marşrut FAİREX və Şahdağ Milli Parkının əməkdaşları tərəfindən yürüş üçün tam uyğunlaşdırılaraq hazır vəziyyətə gətirilib. ("OLAYLAR"İA)