Jorje Jesus : "Biz finalda "Çelsi"yə favorit statusunu izah edəcəyik"
15 May 2013 20:57 İdman"Hələ ki, bu mənim karyeramda ən önəmli matçdır. Bu, Avropa Liqasının finalıdır və bunun üçün biz buradayıq. Həmçinin mənim ilk avrokubok finalımdır. Bunun üçün çox fəxr edirəm". Apasport.az saytının məlumatına görə, bu sözləri "Benfika"nın baş məşqçisi Jorje Jesus deyib.
O, Avropa Liqasının finalında "Çelsi" ilə oyun öncəsi mətbuat konfransı keçirib. Təcrübəli çalışdırıcı həlledici mərhələdə iki ən yaxşı komandanın görüşəcəyini bildirib: "Çelsi" nəticələri ilə son bir neçə mövsüm üçün Avropa meydanlarında "Benfika" ilə müqayisədə fərqlidir. Biz bu görüşdə rəqibimizin favorit statusunu tamamilə izah edəcəyik. Amma bu finaldır. Mənim fikrimcə, finalda iki ən yaxşı komanda görüşəcək".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31