Mourinyunu qarət edən şəxs həbs olunub
Məhkəmə 32 yaşlı oğruya 31 aylıq cəza verdi
15 May 2013 12:21 İdman"Real" klubunun çalışdırıcısı Joze Mourinyunu qarət edən şəxs həbs olunub. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, 32 yaşlı Cemmi Filan Joze Mourinyu və onun ailəsini təxminən 100 000 funt dəyərində qarət etməkdə təqsirkar bilinir. Məhkəmə onu 31 aylıq azadlıqdan məhrum edib.
"Arsenal" klubunun azarkeşi olan oğru Mourinyunun və onun ailəsinin Londonda oteldə qaldığını bilərək mühafizəçilərin gözündən yayınıb, ailəyə məxsus olan qiymətli zinət əşyaları və geyimləri oğurlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31