Neymar yeni kluba keçdi
Braziliyalı futbolçu avqust ayından "Bavariya"da oynayacaq
14 May 2013 16:20 İdmanTanınmış braziliyalı futbolçu Neymar komandasını dəyişir. Neymarın "Bavariya" klubuna keçidi ilə bağlı məlumat "Santos" klubunun vitse-prezidenti Visente Kaskione yayıb.
ANS PRESS-in verdiyi xəbərə görə, futbolçu ilə klub arasında müqavilə imzalanıb. Alman qəzetlərinin yazdıqlarına görə, artıq bu ilin avqustundan futbolçu "Bavariya"da oynayacaq.
Xatırladaq ki, bundan əvvəl Neymarla "Barselona" və "Real" klubları arasında danışıqlar getdiyi xəbər verilirdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31