"Milan" "Barselona"nın forvardını almaq istəyir
İtaliyanın "Milan" klubu heyətində icarədə oynayan 22 yaşlı Boyan Krkiçin transfer hüquqlarını satın almaq niyyətindədir
14 May 2013 14:55 İdmanMilli.Az Mundo Deportivo-ya istinadən bildirir ki, Krkiç İspaniyanın "Barselona" klubunun forvardıdır.
"Milan" Krkiç üçün katalonlara 5 milyon avro ödəmək niyyətindədir. Fəqət, "Barselona" ilə futbolçu arasındakı müqavilənin şərtlərinə görə, Krkiçin transfer hüququ 15 milyon avrodur. Krkiç cari mövsümdə "Milan"ın heyətində 19 matça qatılıb və 3 qol vurub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31