Azərbaycan çempionatında titul savaşı: "Qarabağ" "Neftçi"yə badalaq gələ biləcəkmi?
14 May 2013 13:30 İdmanBu gün Azərbaycan Premyer Liqasında 31-ci tura yekun vurulur. Azerisport.az xəbər verir ki, ikinci oyun günündə 4 qarşılaşma baş tutacaq.
Görüşlərin eyni vaxtda başlayacağı gün mükafatların sahiblərinin adına aydınlıq gətirə bilər. Lider "Neftçi" səfərdə "Qəbələ"nin qonağı olacaq. Paytaxt klubu bu matçda hətta heç-heçə də etsə, çempionluğunu rəsmiləşdirəcək. Amma məğlub olacaqları halda, çempionluq mübarizəsi yenidən qızışa bilər. Təbii ki, "Qarabağ" turu qalib başa vursa. Çempionluq şansı qalan Ağdam klubu isə "Bakı"nı qəbul edəcək. "Simurq" da gümüş medallar uğrunda mübarizə aparan "İnter"lə münasibətlərinə aydınlıq gətirəcək. İkinci altılıq çərçivəsində isə "Rəvan" paytaxt derbisində AZAL-la qarşılaşacaq.
Topaz Premyer Liqası
31-ci tur
14 may
17:30. QƏBƏLƏ - NEFTÇİ
Qəbələ. Şəhər stadionu.
17:30. QARABAĞ - BAKI
Bakı. T. Bəhramov adına Respublika stadionu.
17:30. SİMURQ - İNTER
Zaqatala. Şəhər stadionu.
17:30. RƏVAN - AZAL
Bakı. "Bayil Arena".
Turun digər oyunları: Turan - Kəpəz - 3:5, Sumqayıt - Xəzər Lənkəran - 1:0.
Turnir cədvəli:
1 Neftçi 30 19 4 7 58 30 +28 61
2 Qarabağ 30 15 10 5 40 25 +15 55
3 İnter 30 15 9 6 37 21 +16 54
4 Simurq 30 11 11 8 31 26 +5 44
5 Bakı 30 8 14 8 31 24 +7 38
6 Qəbələ 30 10 7 13 31 38 -7 37
1 AZAL 30 14 9 7 48 29 +19 51
2 XL 31 10 10 11 39 35 +4 40
3 Rəvan 30 11 4 15 41 48 -7 37
4 Sumqayıt 31 9 8 14 30 47 -17 35
5 Turan 31 7 6 18 32 58 -26 27
6 Kəpəz 31 5 4 22 23 58 -35 19
Bombardirlər:
26 - Nikolas Kanales (Neftçi)
19 - Franko Nildo (AZAL)
14 - Xuan Manuel Varea (Rəvan)
13 - Riçard Almeyda (Qarabağ)
12 - Salif Ballo (Turan)
9 - Pərdis Fərcad Azad (Sumqayıt)
8 - Yuri Fomenko (İnter), Baçana Sxadadze (İnter), Julius Vobay (Neftçi)