Mançini "Mançester Siti"dən qovuldu

Roberto Mançini klubun baş məşqçisi vəzifəsindən azad edilib

Roberto Mançini İngiltərənin "Mançester Siti" futbol klubunun baş məşqçisi postundan azad edilib. Anspress-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, italiyalı mütəxəssisin köməkçisi Brayan Kidd bundan sonra onun vəzifəsini icra edəcək.
"Bütün səylərə baxmayaraq, klub bu mövsüm üçün qarşısına qoyulan tələbləri yerinə yetirə bilməyəcək. Bircə Çempionlar Liqasına vəsiqə qazanmaqdan savayı. Bunun üçün kluba yeni baş məşqçinin tapılması ilə bağlı də qərar gəbul edilib", - deyə klubdan bildiriblər.
Xatırladaq ki, Roberto Mançini ilə birgə ingilis klubu 2011-2012 mövsümündə İngiltərə çempionatını, 2010-2011-ci ildə İngiltərə Kubokunu və 2012-ci ildə İngiltərə Super Kubokunu qazanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31