Arda vəd verdi: "Qalib gəlsək, qırxacağam"
14 May 2013 13:23 İdmanİspaniyanın "Atletiko" (Madrid) klubunun türk ulduzu Arda Turan Kral Kubokundakı qarşılaşmaya hazırlaşır. Milli.Az AHT-yə istinadən bildirir ki, "Real" (Madrid) ilə matç mayın 17-də Madriddəki "Santyaqo Bernabeu" stadionunda keçiriləcək. "Atletiko" azarkeşlərinin Twitter vasitəsilə verdikləri suallara Arda Turan klubun rəsmi saytında cavab verib.
Azarkeşlərdən birinin "Final matçda qalib gəlsək, saçlarını kəsərsən?" sualına Arda Turan belə cavab verib: "Finalda qalib gəlsək, saçlarımı kəsəcək, saqqalımı qırxacağam. Azarkeşlərin bizə böyük dəstək verəcəklərinə, qalib gələcəyimizə inanıram".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31