Son derbini "Fənərbaxça" qazandı!

Futbol üzrə türkiyə Superliqasında 33-cü turun qarşılaşmaları keçirilib. Siasport.az saytı xəbər verir ki, İstanbulun "Beşiktaş" futbol klubu 66 illik "ismət İnönü" stadionunda son qarşılaşmasına çıxıb. "Qara qartal" ilə "Genclerbirligi" ilə keçirdiyi oyunda 3:0 hesablı qələbə qazanaraq, doğma stadionu qələbə ilə tərk edib. Oyundan sonra "Beşiktaş" azarkeşləri meydana doluşaraq, xatirə olaraq meydanın zəminindən torpaq parçaları və oturacaqları özləri ilə aparıblar. Mövsümün son derbisi isə "Şükrü Saracaoğlu" stadionunda keçirilib. "Fənərbaxça" burada əzəli rəqibi olan "Qalatasaray"la görüşüb. Gərgin keçən qarşılaşmada meydan sahibləri 2:1 hesablı qələbəyə seviniblər. Oyunun sonlarında baş hakim Cüneyt Çakır Volkan Dəmirələ və Sabri Sarıoğluna qırmızı vərəqə göstərərək meydandan qovub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31