Alveş: "İstəmirəm Mourinyo "Real"ı tərk etsin"

"Barselona"nın müdafiəçisi Daniel Alveş "Real" Madridin baş məşqçisi Joze Mourinyonun növbəti mövsümdə komandasında qalmasını istəyib. Məlumatı İspaniya mətbuatı yayıb.
Bundan əlavə, braziliyalı futbolçu müxbirlərə yazığı gəldiyini deyib.
Milli.Az Alveşin şərhini təqdim edir: "Əgər Mourinyo "Real"dan getsə, KİV-lər çox şey itirəcəklər. Onlar bizdən də çox itirəcəklər. Mən də istəmirəm ki, o, "Kral" klubunu tərk etsin. Həmişə rəqabət etmək yaxşıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31