Zlatan İbrahimoviç: "Bu hələ əhvalatın başlanğıcıdır"

PSJ-nin hücumçusu Zlatan İbrahimoviç Fransa çempionatının 36-cı turunda "Lion"a qarşı oyundan (1:0) sonra Liqa 1-dəki qələbədən və gələn il üçün planlarından danışıb. Milli.Az Sports-a istinadən bildirir ki, isveçli deyib: "Udmalı olduğumuz oyunu udduq. Amma bu sadəcə vaxt məsələsi idi. Bizim rəsmi olaraq çempion olmağımız üçün bircə xal çatmırdı, onu da qazandıq və mən sevinirəm. Mən elə buna görə buraya gəlmişdim.
Bu, klub üçün yaxşı başlanğıcdır. Mövsüm ideal deyildi, amma gələcəkdə öz işimizi daha yaxşı görə bilərik. Bu hələ əhvalatın başlanğıcıdır.
Planlarım... İki illik müqaviləm var. Mən peşəkaram və üzərimə düşəni yerinə yetirmək üçün hər şeyi edəcəm.
Ümid edərəm ki, Karlo Ançelotti qalacaq. O, bu il əla işlədi. Mənə də kömək etdi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31