Qurban Qurbanov hansı oyunçuların "Qarabağ"da qalacağını dedi
13 May 2013 15:11 İdman"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bəzi futbolçularla yeni müqavilələrin imzalanmasına münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
"Rəhbərlik müqaviləsinin müddəti başa çatacaq futbolçuların siyahısını mənə təqdim etdi. Mən də vaxt itirməməyə və onlarla indi anlaşmağa qərar verdim. Daha bir neçə futbolçu ilə yeni müqavilə imzalayacağıq. Ansi Aqolli ilə Admir Teli də komandada qalacaqlar. Amma neçə illik müqavilə imzalanacaq, bu, rəhbərliklə danışıqlardan asılı olacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31