"Real" Madriddən "Barselona"ya ağır zərbə: 120 milyon!..
"Real" Madrid Neymar üçün "Barselona" ilə mübarizəyə girdi
10 May 2013 13:34 İdmanMilli.Az El Mundo Deportivo-ya istinadən xəbər verir ki, "Kral" klubunun prezidenti Florentino Peres səs-küylü transferlər edib yenidən prezident seçilmək istəyir. Bu məqsədlə o, Braziliyaya klubun bir neçə təmsilçisini göndərib. Onların vəzifəsi Neymarla anlaşmaqdır. Neymarın "Santos"dan "Real"a bu yay keçməsi üçün Madrid klubu 120 milyon avro verməyə hazırdır.
Razılaşma alınarsa, 120 milyonun 40 milyonu "Barselona"ya çatacaq, çünki Kataloniya klubu artıq "Santos"la prioritet hüququ üzrə anlaşıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31