Runi "Mançester Yunayted"dən getmək istəyir

"Mançester Yunayted"in futbolçusu Ueyn Runi komadasından ayrıla bilər. Siasport xəbər verir ki, klubun hücumçuya verilən illik məbləği azaltmaq istəməsi Runinin narazılığına səbəb olub. Bundan sonra o, transfer siyahısına alınması üçün kluba müraciət edib.

Qeyd edək ki, xəbərdə "Qırmızı şeytan"lara David Moyesin baş məşqçi gələcəyi halda hücumçunun komandada qalma ehtimallarının olduğu yazılıb. Çünki Runinin şotlandiyalı çalışdırıcı ilə münasibəti hələ "Everton"da çıxış edən zamandan yaxşıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31