Əfsanəvi baş məşqçi karyersına son qoydu
8 May 2013 19:42 İdmanOlaylar İA xarici mətbuata istinadən xəbər verir ki, "Mançester Yunayted" klubunun baş məşqçisi Aleks Ferquson mövsümün sonunda baş məşqçi karyerasına son verəcəyini bildirib. Ferquson 26 illik baş məşqçilik tarixində kluba 38 kubok qazandırıb. Gedəcəyi ilə bağlı açıqlama verən Ferquson klub rəhbərliyinə, futbolçulara, azarkeşlərə, ailəsinə təşəkkürlərini çatdırıb. Ferquson : "Bunun üzərində çox fikirləşmişəm, bu qərara asanlıqla gəlməmişəm. Karyeramı bitirmək üçün ən uyğun zaman olduğunu düşünürəm. Klubun ən güclülərdən olduğu bir vaxtda tərk etmək mənim üçün vacibdir və inanıram ki, belədir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31