“Kasillas və mən “Real Madrid”in övladlarıyıq”

Türkiyə mətbuatı xəbər verir ki, İspaniya milli komandasının baş məşqçisi Del Bosque "Real Madrid" klubunun qapıçısı İker Kasillas haqqında : "bəziləri başa düşməsə də yaxud başa düşmək istəməsə də Kasillas və mən "Real Madrid"in övladlarıyıq. Bütün madridlilər Kasillasa hörmət etməlidir" deyə bildirib.

Yayda konfederasiya kubokunda iştirak edəcək olan Del Besque Kasillasın iştirakı ilə bağlı suala :"Matç olan zaman o haqda düşünəcəyik. Gözləyəcəyik. Ən önəmlisi onun ömür boyu "Real Madrid"li olmasıdır. Milli komandada 143 oyun keçirib və qarşıdakı oyunlarda da bu haqda fikirləşəcəyik" kimi cavab verib.

Qeyd edək ki, Vicente Del Bosque bu açıqlamalarını Mourinyonun "Kasillas bəlkə də fərqli tipdə məşqçiləri sevir" sözlərindən sonra söyləyib. Maurinyo həmçinin "Mən Dieqo Lopez kimi qapıçını Kasillasdan daha üstün tuturam" fikirlərini də dilə gətirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31