Vilanova xahiş etdi: "Bir mövsüm də oyna"

"Barselona"ın baş məşqçisi Tito Vilanova klubun qapıçısı Viktor Valdesdən şəxsən xahiş edib ki, komandada bir mövsüm də qalsın.
Milli.Az Sports-a istinadən xəbər verir ki, qapıçı Kataloniya klubunda qalsa, "Barselona" yay transfer pəncərəsində qapıçı axtarmayacaq.
Xatırladaq ki, Valdesin "Barselona" ilə müqaviləsi 2014-cü il iyunun 30-da bitir. O bildirmişdi ki, klubunu dəyişmək niyyətindədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31