"Bayer"in futbolçusu "Çelsi"yə keçir
8 May 2013 20:27 İdmanİngiltərənin "Çelsi" futbol klubu, Almaniyanın "Bayer Liverkuzen" futbol klubundan Andre Şürrleni transfer etməyə çox yaxındır. Siasport.az saytı xəbər verir ki, son vaxtlar Bundesliqada göstərdiyi möhtəşəm oyunu ilə Avropanın aparıcı futbol klublarının diqqətini cəlb edən 22 yaşlı alman futbolçu, "zadəğanların" heyətinə keçməyə çox yaxındır. Belə ki, "Bayer Liverkuzen" klubunun rəsmi saytında açıqlama ilə çıxış edən komandanın meneceri Volfgang Holzhauser etiraf edib ki, artıq "Çelsi" klubu futbolçu üçün rəsmi təklif irəli sürüb. Hazırda danışıqların davam etdirildiyini deyən klub nümayəndəsi qeyd edib ki, çox güman ki, 22 yaşlı futbolçu danışıqlar yekunlaşandan sonra "zadəğanların" sıralarına qoşulacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31