Mourinyo küsüb

"Real"ın baş məşqçisi Joze Mourinyo ilə futbolçuların böyük əksəriyyəti arasında münasibətlər pozulub. "Rekord.az" xəbər verir ki, Mourinyo məşqlər zamanı yalnız qapıçı Dieqo Lopes, yarımmüdafiəçilər Maykl Essyen və Luka Modriçlə danışır.

Digər futbolçularla isə ünsiyyət qurulmur. Futbolçular isə ona nə mediada, nə də məşq zamanı etiraz bildirmək istəyirlər. İspaniyada güman edirlər ki, Mourinyonun növbəti mövsümdə "Çelsi"də çalışmaq istəməsinin bir səbəbi də son vaxtlar futbolçularla münasibətlərinin korlanmasıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31