Messi yenə rekord qırdı
7 May 2013 20:27 İdman"Barselona"nın hücumçusu Lionel Messi özünə məxsus olan rekordu yeniləyib. Publika.Az xəbər verir ki, argentinalı hücumçu "Barselona"nın heyətində cari çempionatda forma geyindiyi ardıcıl 21-ci oyunda da qol vurmağı bacarıb. O, 34-cü turun "Betis"lə oyununda dubla imza atıb. 56-cı dəqiqəsində meydana daxil olan Messi 60 və 71-ci dəqiqələrdə fərqlənərək, komandasının 4:2 hesablı qələbə qazanmasında böyük pay sahibi olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31