"Qəbələ" 2 futbolçusu ilə sağollaşdı

"Qəbələ" Azərbaycan millisinin yarımmüdafiəçisi Aleksandr Çertoqanovla yolları ayırıb. Bu haqda Qol.Az saytına klubun baş meneceri Zaur Əzizov məlumat verib.
Bundan başqa, "Qəbələ" nigeriyalı müdafiəçisi İfeanyi Emeqara əsas komandadan kənarlaşdırıb. Z.Əzizovun sözlərinə görə, bu futbolçu məşqçilər heyətinin etimadını doğrultmadığı üçün hazırda fərdi şəkildə hazırlıq keçir.
Z.Əzizov komandada islahatların olacağını istisna etməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31