“İdmanın böyük himayədarı”

Ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş "İdmanın böyük himayədarı" kitabı işıq üzü görüb. Gənclər və İdman Nazirliyindən "OLAYLAR"-a verilən məlumata görə, mayın 7-də Bakı Biznes Mərkəzində  kitabın  təqdimat mərasimi keçiriləcək. "İdmanın böyük himayədarı" kitabının təqdimat mərasimində dövlət və hökumət rəsmiləri, Gənclər və İdman Nazirliyinin rəhbərliyi, millət vəkilləri, gənclər təşkilatlarının rəhbərləri və idman ictimaiyyətinin nümayəndələri iştirak edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31