Arda Turan reklamdan 1 milyon dollar aldı
7 May 2013 04:21 İdmanİspaniyanın "Atletiko" (Madrid) klubunun türk legioneri Arda Turan yeni reklam anlaşması imzalayıb. Milli.Az AHT-yə istinadən bildirir ki, Türkiyədə simit istehsalı ilə məşğul olan şirkətin reklamlarına çəkilmək üçün Arda Turan 1 milyon dollar alıb. Anlaşmanın şərtlərinə görə, o, şirkətin 1 il davam edəcək reklam kampaniyasının "sima"sıdır. Reklam kampaniyasının ilk bölümü İstanbulda çəkilib. İkinci bölümün çəkilişləri isə Amsterdamda aparılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31