Tolerantlıq kuboku başa çatdı

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı və "Odlar Yurdu" təşkilatının dəstəyi ilə "Tolerantlıq Kuboku" uğrunda dini icmalararası mini futbol turniri başa çatıb. Dövlət Komitəsindən "OLAYLAR"-a bildirilib ki, final oyununu izləyənlər arasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov, Odlar Yurdu təşkilatının sədri İlham Nağıyev, Tükiyə Liviya, Fələstin səfirliklərinin nümayəndələri, Çimərlik Futbol Federasiyasının prezidenti Fərid Novruzi, yəhudi, xristian icmalarının nümayəndələri də olub. Final oyununda İmam Rza komandası qalib gələrək tolerantlıq kubokunu qazanıb.

Qeyd edək ki, qalib komandalara diplom və hədiyyələrin təqdim edilməsi mərasimi 7 may saat 11:00-da Park İnn otelində keçiriləcək Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbirdə baş tutacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31