"Çelsi" finala yüksəldi, "Fənər" isə məğlub oldu

UEFA Avropa Liqasının yarımfinal mərhələsinin cavab oyunları keçirilib. Siasport xəbər verir ki, Portuqaliyanın "Benfika" komandası doğma meydanda "Fənərbaxça"nı qəbul edib. Gərgin mübarizə şəraitində keçən oyunun qalibi meydan sahibləri olub. "Fənərbaxça" səfərdə qapısından 3 qol buraxıb. Təsəlli qolunu isə Kuyt aktivinə yazıb. Oyun 3:1 hesabı ilə "Benfika"nın qələbəsi ilə başa çatıb. İlk oyunun nəticəsinə əsasən finala Portuqaliya təmsilçisi adını yazdırıb.

Günün digər maraqlı qarşılaşması Londonda baş tutub. İsveçrənin "Bazel" klubu "Çelsi"nin qonağı olub. İngiltərə təmsilçisi doğma azarkeşlər önündə "Bazel"i məğlub edib. Oyun 3:1 hesabı ilə başa çatıb. Bu oyunun nəticəsinə görə, adını finala yazdıran komanda "Çelsi" olub.

2 may
"Benfika" (Portuqaliya) - "Fənərbaxça" (Türkiyə) - 3:1
Qol: Qaytan, 9, Kardoso, 35, 66 - Kuyt, 23(pen)
İlk oyun (0:1)

"Çelsi" (İngiltərə) - "Bazel" (İsveçrə) - 3:1
Qol: Rorres, 50, Moses, 52, Luis, 59 - Salah, 45

İlk oyun (2:1)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31