Bakıda cüdo üzrə beynəlxalq «Grand Slam» turniri keçiriləcək

Mayın 4-də saat 16.30-da Bakıda "Sərhədçi" Olimpiya-İdman Kompleksində Ümummilli liderimiz Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş cüdo üzrə beynəlxalq "Grand Slam" turniri start götürəcək. İki gün davam edəcək yarışda 25 ölkədən 190-dan çox cüdoçu mübarizə aparacaq.

Turnirin açılışında Azərbaycan Respublkiası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, Azərbaycan Cüdo Federasiyasının prezidenti Fizuli Ələkbərov və Federasiyanın digər rəhbər şəxsləri, Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer, Avropa Cüdo Federasiyasının prezidenti Sergey Saloveyçik və b. iştirak edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31