Mourinyo "Real"ı dağıdır? Madridlilərin "buldoq"u "Çelsi"yə keçə bilər
2 May 2013 14:55 İdmanXabi Alonso "Real" Madridi tərk edə bilər. Milli.Az-ın məlumatına görə, əgər "Real" Madridin baş məşqçisi Joze Mourinyo "Çelsi"ni çalışdırmağa başlasa, ispaniyalı da London klubuna keçə bilər.
31 yaşlı futbolçunun "Real" ilə hazırkı müqaviləsi 2014-cü ilin iyun ayına kimidir. Buna görə də variant var ki, xavbek "Kral" klubu ilə hələ 1 mövsüm də oynasın.
Əlavə edək ki, Alonso karyerasını ilk komandası "Real Sosyedad"da başa vurmağı planlaşdırır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31