Pike: "Messi bu oyunda oynasa idi..."

"Bu, bizim ən uğursuz axşamlarımızdan biridir". Apasport.az saytının məlumatına görə, bu sözlər "Barselona"nın müdafiəçisi Xerard Pikeyə məxsusdur.

İspaniya milli komandasının futbolçusu Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda "Bavariya"ya (0:3) məğlub olmalarını dəyərləndirib: "İlk hissədə ciddi səy göstərirdik, amma rəqib fasilədən dərhal sonra birinci topu vurdu. Bu, bizə təsir etdi. "Bavariya"nı təbrik etməliyik. Çünki onlar bizdən daha yaxşı oynadılar. Və indi La Liqada mövsümün başa çatmasına diqqətimizi yönəltməliyik. Bəli, o faktdır ki, Lionel Messi dünyada ən yaxşı oyunçudur. Amma mən düşünmürəm ki, bu matçda onun oynaması hesabı ciddi şəkildə dəyişərdi".

Qeyd edək ki, "Bavariya" ilə matçın 72-ci dəqiqəsində Pike avtoqola imza atıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31