Çempionlar Liqası: İspaniya belə biabırçılıq görmədi

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab görüşləri keçirilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub."Real" Madriddə Dortmund "Borussia"sını qəbul edib. İlk görüşdə almanlar Madrid təmsilçisi üzərində 4:1 hesablı inamlı qələbə qazanmışdılar. Bu üzdən də növbəti mərhələyə adlamaq üçün ispanların darmadağına imza atması lazım idi. Amma Joze Mourinyonun yetirmələri yalnız oyunun sonlarında iki qol vurmağa imkan tapdılar və bu qələbə həlledici oyuna vəsiqə qazanmaq üçün yetərli olmadı. Əvəzində Yurgen Kloppun komandası ilk finalçı oldu.İkinci oyun günündə isə "Barcelona" 4 cavabsız qolla uduzduğu "Bayern"lə münasibətlərinə aydınlıq gətirib. Almaniya klubu səfərdə də bu rəqibini darmadağın edərək, finala yüksəlib.

UEFA Çempionlar Liqası
Yarımfinal (cavab oyunları)

30 aprel

Real (İspaniya) - Borussia (Dortmund, Almaniya) - 2:0 (0:0)
Qollar: Benzema, 83, Ramos, 88.
İlk oyun - 1:4

1 may

Barcelona (İspaniya) - Bayern (Almaniya) - 0:3 (0:0)
Qollar: Robben, 49, Pike, 73-öz qapısına, Müller, 76.
İlk oyun - 0:4.

Milli.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31