Terim hələ 3 il Qalatasarayda olacaq

"Qalatasaray"ın baş məşqçisi Fatih Terim klubu ilə 3 illik müqavilə imzalayıb.  "Qafqazinfo" xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yazıb. Xəbərə görə, yeni müqaviləyə əsasən imperator ləqəbli məşqçi illik 3 milyon avro əldə edəcək.  Qeyd edək ki, son vaxtlarda Fatih Terimin "Cim-Bom"dan ayrılacağı ilə bağlı bəzi xəbərlər yayılıb.  "Qalatasaray" rəhbərliyi də məhz buna görə mövsümün sonunda baş məşqçi ilə bağlı planlarını dəqiqləşdirmək niyyətindədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31