“Qalatasaray” Robbeni alır
Türkiyə klubu hollandiyalı hücumçuya görə “Bavariya”ya 12 milyon funt sterlinq verməyə hazırdır
30 Aprel 2013 20:57 İdmanTürkiyənin "Qalatasaray" klubu iki futbolçu almaq niyyətindədir. ANS PRESS-in məlumatına görə, onlardan biri "Mançester Siti"nin sol müdafiəçisi Qael Klişi, digəri isə Münhen "Bavariya"sının hollandiyalı hücumçusu Aryen Robbendir.
Belə ki, Münhen klubun gələcək ispaniyalı baş məşqçisi olacaq Pep Qvardiola klubda ciddi islahatlar aparmaq niyyətindədir. Mütəxəssis Hollandiya yığmasının 29 yaşlı hücumçusundan imtina etmək istəyir.
Qyd edək ki, artıq türklər Robbenə görə "Bavariya"ya 12 milyon funt sterlinq verməyə hazır olduqlarını bildiriblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31