“Bakı” və “Atletiko Madrid” oyunun kim idarə edəcək?

AFFA hakimlər komitəsi qərar çıxarıb

"Bakı" və "Atletiko Madrid" oyununu idarə edəcək hakimlər briqadası müəyyənləşib. AFFA hakimlər komitəsinin sədri Xəqani Məmmdovun ANS-ə verdiyi məlumata görə, oyunu gənc FİFA referisi Rəhim Həsənovun başçılıq etdiyi hakimlər briqadası iadrə edəcək.

Rəhim Həsənova İlkin Əliyev və Namiq Hüseynov yardım edəcək. Dördüncü hakim isə Orxan Məmmədovdur.

Xatırladaq ki, qarşılaşma bu gün saat 20:00-da Tofiq Bəhramov adına respublika stadionunda baş tutacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31