İlham Əliyev Arda Turanla görüşüb FOTO

Prezidentə futbol geyimi təqdim olunub

"Atletiko" (Madrid) klubunun oyunçusu Arda Turan Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, futbolçu prezidentə "Atletiko" Madridin formasını hədiyyə edib.

Formanın arxasında prezident İlham Əliyevin adı yazılıb.

Xatırldaq ki, Arda Turan "Atletiko" Madrid klubunun heyətində dünən axşam Bakıya gəlib. Komandanın aprelin 30-da "Bakı"nın Ulduzlar komandası ilə yoldaşlıq oyunu keçirəcəyi gözlənilir. Oyun Tofiq Bəhramov adına Respublika stadionunda19.00-da keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31