“Fənərbaxça”ya 10 milyon dollar mükafat

Olaylar İA Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Fənərbaxça" klubunun prezidenti Əziz Yıldırım "Benfika" ilə oyun sonrası klubun soyunub-geyinmə otağına gələrək futbolçuları təbrik edib. Penltini vura bilməyən Baroniyə təsəlli verən Əziz Yıldırım klub finala çıxarsa mükafat verəcəyini söyləyib. Finala çıxarsa 5 milyon dollar, kuboku qazanarsa 10 milyon dollar mükafat verəcəyini bildirən Yıldırım "Siz kuboku alın bundan da çox pullar sizə halaldır" söyləyib. Klubun prezidenti "Liqada bir səhv etsək də hələ da şansımız var. 3 kuboka da qazanacağımıza sonunadək inanıram. Siz istədiyiniz zaman məğlub edə bilməyəcəyiniz klub yoxdur. 3 kuboku da alacağız" deyə bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31