"Fənərbağça"nın qapıçısı rekord vurdu

"Fənərbağça" klubunun təcrübəli qapıçısı Volkan Dəmirəl Portuqaliyanın "Benfika"sına qarşı matçdakı oyunu ilə tarixə düşüb. 
Milli.Az SporMatik-ə istinadən bildirir ki, "Fənərbağça" tarixində ilk dəfə Avropa Liqasının yarımfinalında oynarkən Dəmirəl də rekord vurub.
Belə ki, "Benfika" ilə qarşılaşma Volkan Dəmirəlin Avropa kuboklarında 62-ci matçı olub.
Bununla da o, sarı-lacivərd komandanın Avropa turnirlərində ən çox oynamış futbolçusuna çevrilib.
Əvvəlki rekord bu mövsümün yarısında "Fənərbağça"dan ayrılan, sarı-lacivərd komandanın heyətində Avropa turnirlərində 61 matç oynamış Aleks de Souzaya məxsusdu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31