Raul Mereleş mövsümə "əlvida" dedi!
26 Aprel 2013 20:35 İdman"Benfika" ilə keçirilən dünənki qarşılaşmada ciddi zədə alaraq, meydanı xərəkdə tərk edən "Fənərbaxça"lı Raul Mereleş, artıq mövsümü bitirmiş sayıla bilər. Siasport.az saytı xəbər verir ki, qarşılaşmanın 64-cü dəqiqəsində sağ ayağından ciddi zədə alan portuqaliyalı futbolçu, həkimlərin müayinəsindən sonra bu mövsüm yaşıl meydanlara "əlvida" deyib. Klubun yaydığı məlumata əsasən, ulduz futbolçu həm "Benfika" ilə cavab qarşılaşmasında, həm də Superliqakı qalan oyunlarda meydana çıxa bilməyəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31