Maradonanın oğlunun fotoları yayıldı

Futbolçu Dieqoya olan valideynlik hüququnu tanıyıb

Əfsanəvi futbol ulduzu Dieqo Maradonanın keçmiş sevgilisi ilk dəfə oğlu ilə birlikdə şəklini paylaşıb. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, şəkildə körpənin 10 nömrəli Argentina yığmasına məxsus futbol geyimindədir.
Xatırladaq ki, uşaq məşhur futbolçu ilə keçmiş sevgilisi Veronika Oxeda ilə qeyri-qanuni nikahdan 2013-cü ilin fevralında doğulub. 2012-ci ildə ayrılan cütlüyün övladı doğulan kimi Maradona ona olan valideynlik hüququnu tanıyıb. Uşağa Dieqo Fernando adı verilib.

Xatırladaq ki, Maradonaın rəsmi nikahından 2 qızı və nikahdan kənar daha iki oğlu var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31