Almanlardan ispanlara ikiqat zərbə: "Real" da biabır oldu

Futbol üzrə UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına start verilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.
Münhenin "Bayern" klubu doğma divarlar arasında "Barcelona" ilə münasibətlərinə aydınlıq gətirib. Qarşılaşma Almaniya klubunun bir qədər gözlənilməz qələbəsiylə başa çatıb. Hər halda çoxları "Barsa"nın bu görüşdə dörd cavabsız qolla uduzacağını gözləməzdi.
Yarımfinalın digər ilk oyunu da Almaniyada baş tutdu və yenə ispanlar qonaq tərəf oldu. Dortmund "Borussia"sı "Real"la qarşılaşdı və qələbə qazandı.
UEFA Çempionlar Liqası
Yarımfinal (ilk oyunlar)
24 aprel
Borussia (Dortmund, Almaniya) - Real (İspaniya) - 4:1 (1:1)
Qollar: Levandovski, 8; 50; 55; 67 - Ronaldo, 43.
23 aprel
Bayern (Almaniya) - Barcelona (İspaniya) - 4:0 (1:0)
Qollar: Müller, 25; 82, Qomes, 49, Robben, 73.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31